XƏBƏRLƏR
170 Arxiv

2022.06.03

Zoologiya İnstitutunun əməkdaşları Mingəçevir şəhərində ekspedisiyada olub

AMEA Zoologiya İnstitutunun “Hidrobiologiya” laboratoriyasının aparıcı elmi işçisi, dosent Süleyman Süleymanov, kiçik elmi işçi İntizar İsmayılzadə və Mingəçevir elmi-təcrübə bazasının əməkdaşları ilə ( e.i H.İsgəndərova, N.Həmidov, B. Səfərov) 23-27.05.2022-ci il tarixlərində Mingəçevir su anbarında ekspedisiyada iştirak edib. Ekspedisiya müddətində Mingəçevir su anbarının dəyişilmiş ekoloji şəraitində yaşayan vətəgə əhəmiyyətli balıqların (adi çəki, Xəzər külməsi, şərq çapağı, Xəzər şəmayısı və gümüşü dabanbalığı) trofik əlaqlərinin öyrənilməsinə və Azərbaycan Respublikasının “Qırmızı Kitabı”-nın III nəşrinə daxil edilən balıqların yayılmasına və ehtiyatına dair materiallar toplanılıb. Bütün materiallar toplanaraq laboratoriyaya gətirilib. Tədqiqatlar davam edir.