XƏBƏRLƏR
1047 Arxiv

2022.06.03

Zoologiya İnstitutunda fəlsəfə doktorluğu üzrə dissertasiya işinin müdafiəsi keçirilib

3 iyun 2022-ci il tarixində saat AMEA Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.09 Dissertasiya Şurasında, institutun “Hidrobiologiya” laboratoriyasının dissertantı Quliyeva Sənubər Abdulla qızının 2401.01 – "Zoologiya" ixtisası üzrə "Kürətrafı göllərin iynəcə (Odonata) sürfələri (növ tərkibi, miqdarı, biologiyası, ekologiyası)" mövzusunda fəlsəfə doktorluğu üzrə dissertasiya işinin müdafiəsi keçirilib. Tədqiqatın elmi rəhbəri b.e.d., dosent Adil Əliyev, rəsmi opponentləri isə b.e.d., dosent Qiyas Quliyev, b.e.d, dosent Vəfa Məmmədova, b.ü.f.d., dosent Qaçay İsmayılovdur.

Tədbiri giriş sözü ilə açan Zoologiya İnstitutunun icraçı direktoru, Dissertasiya şurasının sədri, b.e.d. Elşad Əhmədov məruzə etmək üçün sözü iddiaçıya verib. S. Quliyeva bildirib ki, dissertasiya işinin məqsədi su tutarlarda iynəcə sürfələrinin növ tərkibini, miqdarını, ətraf mühitlə əlaqə xüsusiyyətlərini müqayisəli şəkildə öyrənmək, göllərdə ekoloji vəziyyətin qiymətləndirilməsi və s. üzrə əməli təkliflər hazırlamaqdan ibarətdir.  O, həmçinin qeyd edib ki, tədqiqat nəticəsində Kürətrafı su hövzələrində iynəcə sürfələrinin göllər və axmazlar üzrə yayılması, inkişafı və bəzi ekoloji xüsusiyyətləri bu göllər üçün ilk dəfədir ki təqdim olunur.

İclasın sonunda Dissertasiya şurasının üzvləri tədqiqat işini yüksək qiymətləndirərək işin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyalar qarşısında qoyduğu tələblərə cavab verdiyini qeyd ediblər.