XƏBƏRLƏR
926 Arxiv

2022.06.01

Zoologiya İnstitutunda Zoologiya ixtisas fənni üzrə doktorluq imtahanı keçirilib

AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimovun 5 aprel 2022-ci il tarixli 100 nömrəli Sərəncamına əsasən, institutun  baş direktor vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent  Ələddin  Eyvazovun  müvafiq  əmri ilə  doktorluq imtahanı keçirmək məqsədilə institutda imtahan komissiyası (Sədr: a.e.ü.f.d.,dos. Ə.Q.Eyvazov, Komissiyanın üzvləri: b.e.d.,dos. E.İ.Əhmədov, AMEA-nın  müxbir üzvü, b.e.d., prof. İ.X.Ələkbərov, b.ü.f.d., dos. T. M. İsgəndərov, b.ü.f.d., G.İ.Nadirova ) yaradılıb.

31 may 2022-ci il tarixində  AMEA  Zoologiya İnstitutunda “Zoologiya-2401.01” ixtisas fənni üzrə doktorluq imtahanı keçirilib. AMEA Rəyasət Heyəti aparatı  Təhsil şöbəsinin Doktorantura sektorunun müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent  Tubuxanım Qasımzadənin iştirakı ilə keçirilən imtahanda institutun sabiq əyani doktorantı Leyla Nadirli və AMEA Naxçıvan Bölməsinin dissertantı Hüseyn Rəsulzadə  imtahan veriblər. Namizədlərin  nəticələri imtahan bitdikdən sonra komissiya tərəfindən  elan edilib.