XƏBƏRLƏR
866 Arxiv

2022.05.31

Zoologiya İnstitutunun əməkdaşları Naxçıvan MR-nın herpetofaunasına aid tədqiqatlar aparıblar

AMEA Zoologiya İnstitutunun herpetoloq əməkdaşları – Quru Onurğalıları laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent T.M.İsgəndərov, b.ü.f.d. G.H. Qasımova və Zooloji Muzeyin direktoru, b.ü.f.d. S.N. Bünyatova Azərbaycanın nadir və nəsli kəsilməsi təhlükəsi olan amfibi və reptili növlərinə, habelə, yüksək dağlıq ərazilərin herpetofaunasına aid çöl-tədqiqat materiallarını toplamaq üçün 16.05-23.05 2022 ci il tarixlərində Naxçıvan MR- da ekspedisiyada olublar.

Əməkdaşlar Şahbuz, Culfa rayonlarında tədqiqat aparmış, ekspedisiya müddətində 19.05.22. tarixində AMEA Naxçıvan bölməsinin, Təbii Ehtiyatlar İnstitutunun əməkdaşları ilə birgə Culfa rayonu, “Xəzinədərə” (Ərəfsə kəndi) ərazisində tədqiqat materialları toplamışlar. T.M. İsgəndərov Təbii Ehtiyatlar İnstitutunda Biomüxtəliflik gününə həsr olunmuş konfransa dəvət olunmuş, biomüxtəlifliyin müasir problemlərin barədə çıxış etmiş və yerli televiziya kanalına müsahibə vermişdir.