XƏBƏRLƏR
819 Arxiv

2022.05.26

Zoologiya İnstitutunda doktorant və dissertantların növbəti il üçün attestasiyası keçirilib

26 may 2022-ci il tarixində AMEA-nın Zoologiya İnstitutunda doktorant və dissertantların növbəti il üçün attestasiyası keçirilib.

Doktorant (N.E.Mehdiyeva) və dissertantların (T.M.İsgəndərov, İ.Q.Kərimova, T.F.Qurbanova, A.E.Quliyeva) attestasiyasının keçirilməsi məqsədilə Zoologiya İnstitutunun baş direktor vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazovun 25 aprel 2022-ci il tarixli 180k nömrəli əmri ilə Attestasiya Komissiyası yaradılmışdır (Sədr: b.e.d.,dos. E.Əhmədov, katib: b.ü.f.d. G.Nadirova, üzvlər: AMEA-nın müxbir üzvü, b.e.d., prof. İ.X.Ələkbərov, b..ü.f.d., dos.A.R.Əliyev, b.ü.f.d., dos. B.Əhmədov). 

Müxtəlif istiqamətlər üzrə mövzulara dair iştirak edən doktorant və dissertantlar tədqiqat ili ərzində yerinə yetirdikləri elmi-tədqiqat işləri haqqında hesabat veriblər. Onlar fərdi iş planlarında nəzərdə tutulmuş işləri, konfrans və ekspedisiyalarda iştirakları, çap olunmuş məqalələri haqqında ətraflı  məlumatlar vermiş, sualları cavablandırmışlar.

Sonda attestasiya komissiyasının üzvləri doktorant və dissertantlara öz təklif və  tövsiyələrini bildiriblər.