XƏBƏRLƏR
728
Arxiv
2022.05.23
Zoologiya İnstitutunun əməkdaşları ekspedisiyada olublar
AMEA Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının a.e. işçiləri S.Ş.Süleymanov, S.İ.Əliyev, Ş.Ə.Quliyev, böyük elmi işçi N.Ş Şamionova, k.e. işçiləri A.E. Quliyeva və N.E. Mehdiyeva kompleks işləri üzrə 10.05 - 17.05.2022-ci il tarixlərində ekspedisiyada olublar
Cənubi Xəzərin dəyişilmiş ekoloji şəraitində Kürağzı akvatoriyası, Bəndovan və Şıx ərazilərində sahilboyu sularında monitorinq işləri aparılaraq, hidrobioloji, ixtioloji və parazitoloji nümunələr toplanılıb. Əldə olunmuş materialların üzərində tədqiqat işləri laboratoriyada davam etdirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.