XƏBƏRLƏR
160 Arxiv

2022.05.10

Zoologiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş iclas keçirilib

AMEA Zoologiya İnstitutunun YAP Yasamal rayonu “504-cü Məhəllə ərazi”si İlk Partiya Təşkilatının növbəti iclası ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilib.

Tədbiri giriş sözü ilə açan Zoologiya İnstitutunun baş direktor vəzifəsini icra edən, a.e.ü.f.d. Ələddin Eyvazov Azərbaycan Respublikasının qurucusu və memarı olan ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dönəmindən (1969-1982) söhbət açıb. O bildirib ki, XX əsr Azərbaycan tarixinin əlli ildən çox dövrü məhz H. Əliyevin şəxsiyyəti ilə, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır.

Daha sonra,  YAP Yasamal rayonu Zoologiya İnstitutu İlk Partiya Təşkilatının sədri Hafiz Muxtarov “Heydər Əliyev: Azərbaycan dövlətinin müstəqilliyi onun iqtisadi müstəqilliyindən keçir” adlı məruzəsi ilə çıxış edib və qeyd edib ki,  H. Əliyev Qurtuluş mübarizəsinin qalibi, Azərbaycan dövlətçiliyinin xilaskarı idi.

İclasda Zooloji muzeyin baş laborantı Zeynəb Məmmədova “Heydər Əliyevin Gənclərlə bağlı kadr siyasəti”, Tətbiqi Zoologiya Mərkəzinin müdiri b.ü.f.d Barat  Əhmədov isə “Heydər Əliyev Dünya Azərbaycanlılarının misilsiz təəssübkeşidir” adlı məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda, Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub.