XƏBƏRLƏR
967 Arxiv

2022.04.12

Şagirdlər Zooloji muzeydə ekskursiyada olublar

Kaspi liseyinin şagirdləri AMEA Zoologiya İnstitutunun Zooloji muzeyində ekskursiyada olublar.

Muzeyin əməkdaşları 36 şagird və iki müəllimdən ibarət kollektivi eksponatlarla tanış edərək haqqında geniş informasiya verib. Belə ki, şagirdlər ekspozisiya fondunda sərgilənən Azərbaycan və dünya faunasına aid olan növlərin müasir vəziyyəti, onların ekoloji xüsusiyyətləri və qorunması istiqamətində görülən işlərlə yaxından tanış olublar.