XƏBƏRLƏR
979 Arxiv

2022.04.08

Dissertasiya şurasının nəzdində elmi seminarın növbəti iclası keçirilib

AMEA Zoologiya İnstitutunun “Hidrobiologiya” laboratoriyasının dissertantı Quliyeva Sənubər Abdulla qızının “Kürətrafı göllərin iynəcə (Odonata) sürfələri (növ tərkibi, miqdarı, biologiyası, ekologiyası) mövzusunda dissertasiya işinin Dissertasiya şurasının nəzdində elmi seminarda müzakirəsi keçirilib. Dissertasiya işinin elmi rəhbəri Hidrobiologiya laboratoriyasının müdiri b.ü.f.d., dosent, Adil Rüstəm oğlu Əliyevdir.

Tədbiri giriş sözü ilə açan Zoologiya İnstitutunun Protozoologiya laboratoriyasının müdiri AMEA-nın müxbir üzvü, Dissertasiya şurasının nəzdində elmi seminarın sədri, b.e.d, professor İ.X.Ələkbərov çıxış üçün sözü iddiaçıya verib. Geniş müzakirələrdən sonra katib b.ü.f.d., G.H.Qasımova elmi seminarın rəyini oxuyaraq seminar iştirakçılarının diqqətinə çatdırıb. Müzakirənin sonunda dissertasiya işinin elmi və praktik əhəmiyyətini nəzərə alaraq Quliyeva Sənubər Abdulla qızının “Kürətrafı göllərin iynəcə (Odonata) sürfələri (növ tərkibi, miqdarı, biologiyası, ekologiyası)” adlı dissertasiya mövzusunun 2401.01 - “Zoologiya” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi üçün işin elmi müzakirələrin növbəti mərhələsinə təqdim olunması məqsədəuyğun hesab edildi.