XƏBƏRLƏR
978 Arxiv

2022.04.05

Zoologiya İnstitutunun Elmi seminarının növbəti iclası keçirilib

5 aprel 2022-ci il tarixində AMEA Zoologiya İnstitutunun Elmi seminarının növbəti iclası baş tutub.

Parazitologiya laboratoriyasının elmi işçisi, E.K.Aslanova «Lənkəran bölgəsində bəzi gəmirici helmintlərinin növ müxtəlifliyi, onların epizootoloji və epidemioloji əhəmiyyəti» mövzusunda məruzə ilə çıxış edib. Tədqiqatçı tərəfindən ilk dəfə olaraq gəmiricilərin helmintlərinin landşaft-ekoloji zonalar üzrə yayılması öyrənilmiş və ərazilərin bioekoloji xüsusiyyətlərindən asılı olaraq  müxtəlif landşaftlar üzrə fərqli yayılması müəyyən edilmişdir. Belə ki, ən yüksək yoluxma 38 növ olmaqla quru-bozqır yarımsəhra və mülayim-rütubətli subtropik landşaftlarda, ən aşağı yoluxma isə dağ-bozqır landşaftında (26 növ) qeyd edilmişdir. Məruzəçi ilk dəfə olaraq aşkar edilmiş helmint növlərinin epizootoloji və epidemioloji cəhətcə xarakterizə edildiyini, 10 növün insan və ev heyvanları üçün potensial təhlükə törətdiyinin müəyyən olunduğunu seminar iştirakçılarının diqqətinə çatdırıb. Aparılmış tədqiqat işinin nəticələrinə əsasən isə başlıca helmintoz törədicilərinə qarşı profilaktik mübarizə tədbirləri hazırlanmışdır.