XƏBƏRLƏR
957 Arxiv

2022.03.03

Zoologiya İnstitutunda Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın III nəşrinin hazırlanması ilə bağlı işçi qrupun növbəti iclası keçirilib

02 mart 2022-ci il tarixində AMEA Zoologiya İnstitutunda Azərbaycan Respublikasının “Qırmızı kitabı”nın III nəşrinin hazırlanması ilə bağlı işçi qrupun növbəti iclası keçirilib. İclası institutun baş direktor vəzifəsini icra edən, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov açaraq sözü fauna üzrə işçi qrupun sədri, institutun icraçı direktoru, biologiya elmləri doktoru, dosent Elşad Əhmədova verib. Elşad Əhmədov “Qırmızı kitab”ın III nəşrinin yüksək səviyyədə hazırlanması üzrə qaydaları, qiymətləndirmə üsulları, gələcək fəaliyyət istiqamətinin müəyyənləşdirilməsi barədə məlumat verib. Sonra siniflər üzrə işçi qrupun rəhbərləri biologiya elmləri doktoru, dosent Qiyas Quliyev, biologiya üzrə fəlsəfə doktorları Adil Əliyev, Təvəkkül İsgəndərov, İlhamə Kərimova görülən və planlaşdırılan işlər haqqında ətraflı məlumat veriblər.

Sonda Akademik Tariyel Talıbov, biologiya elmləri doktoru, professor Şaiq İbrahimov, biologiya üzrə fəlsəfə doktorları Çingiz Məmmədov, Elçin Sultanov və başqaları müzakirələrdə iştirak edərək işçi qrupuna çoxsaylı təkliflər verilib, müvafiq qərarlar qəbul edilib.