XƏBƏRLƏR
1026 Arxiv

2022.03.01

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin magistrantları Zoologiya İnstitutunda elmi-tədqiqat təcrübəsi keçirlər

AMEA Zoologiya İnstitutu ilə Bakı Dövlət Universiteti arasında imzalanmış əməkdaşlıq memoranduma əsasən 21.02.2022-ci il tarixindən başlayaraq Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin “Onurğasızlar zoologiyası”, “Onurğalılar zoologiyası”, “Su bioehtiyatları” ixtisaslaşmaları üzrə təhsil alan II kurs magistrantları İnstitutun müvafiq şöbələrində elmi-tədqiqat təcrübəsi keçirlər.
Magistrantların elmi-tədqiqat təcrübəsi 16.03.2022-ci il tarixinədək davam edəcək.