XƏBƏRLƏR
929 Arxiv

2022.02.28

AMEA Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Zooloji seksiyanın iclası keçirilib

25 fevral 2022-ci il tarixində AMEA Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Zooloji seksiyasının zoom platforması üzərindən növbəti onlayn iclası keçirilib. İclası giriş sözü ilə açan Zooloji seksiyanın sədri, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov seksiyanın üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib. İclasda Zooloji seksiyaya təqdim edilmiş 4 elmlər doktorluğu dissertasiya mövzuları müzakirə olunub. Müzakirələrdə Zoologiya İnstitutunun icraçı direktoru, biologiya elmləri doktoru, dosent Elşad Əhmədov, AMEA-nın müxbir üzvü, b.e.d., professor İlham Ələkbərov, b.e.d, dosent Qiyas Quliyev, b.e.d., dosent Qara Fətəliyev, b.e.d., dosent Natalya Sneqovaya, b.e.d., dosent Asif Manafov, b.e.d., dosent Yeganə Mahmudova, b.ü.f.d., dosent Barat Əhmədov, b.ü.f.d., dosent Təvəkkül İsgəndərov, b.ü.f.d., dosent Elçin Sultanov və başqaları iştirak ediblər. Geniş müzakirələrdən sonra 1 mövzunun əvvəlki adı saxlanılmaqla, 3 mövzunun adında qismən dəyişiklik edilib.