XƏBƏRLƏR
1046 Arxiv

2022.02.08

Dissertasiya şurasının nəzdində elmi seminarın növbəti iclası keçirilib

07.01.2022-ci il tarixində AMEA Zoologiya İnstitutunun Quru onurğasızları laboratoriyasının kiçik elmi işçisi İsayeva Kəmalə Bəhlul qızının “Böyük Qafqazın cənub yamaclarında meşə və meyvə ağaclarına zərərverən qabıqyeyən böcəklər və onların entomofaqları” adlı dissertasiya işi Dissertasiya şurasının nəzdində elmi seminarda müzakirə olunub.

Dissertasiya işinin elmi rəhbəri biologiya elmləri doktoru  Nailə Mirzoevadır. Tədbiri giriş sözü ilə açan b.e.d. Nəsib Namazov sözü iddiaçıya verib. Geniş müzakirələrdən sonra katib b.ü.f.d., dosent İ.A.Nuriyeva Dissertasiya şurasının nəzdində elmi seminarın rəyini oxuyaraq iştirakçıların diqqətinə çatdırıb.

Seminarın sonunda dissertasiya işinin elmi və praktik əhəmiyyətini nəzərə alaraq İsayeva Kəmalə Bəhlul qızının “Böyük Qafqazın cənub yamaclarında meşə və meyvə ağaclarına zərərverən qabıqyeyən böcəklər və onların entomofaqları” mövzusu, 2413.01 - “Entomologiya” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi və işin Dissertasiya şurasına təqdim olunması məqsədəuyğun hesab edilib.