XƏBƏRLƏR
1020 Arxiv

2022.01.14

Zoologiya İnstitutunun əməkdaşı beynəlxalq konfransda çıxış edib

AMEA Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Ənvər Cəlilov 2-ci Beynəlxalq İstanbul Müasir Elmi Tədqiqatlar onlayn konqresində iştirak edərək məruzə ilə çıxış edib. Sonda alim "Su bioresurslarının vəziyyətinin və istifadəsinin xüsusi mühafizə olunan təbiət ərazilərinin rekreasiya potensialının bir hissəsi kimi kompleks qiymətləndirilməsi (Abşeron Milli Parkı nümunəsində)" mövzusu üzrə sertifikatla təltif edilib.