XƏBƏRLƏR
1109 Arxiv

2021.12.28

Zoologiya İnstitutunda cari il üçün Elmi şuranın son iclası keçirilib

2021-ci il 28 dekabr tarixində AMEA-nın Zoologiya İnstitutunda cari il üçün Elmi şuranın son iclası keçirilib. İclası giriş sözləri ilə açan institutun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov gündəlikdə duran məsələlər barədə şura üzvlərini məlumatlandırıb.

İlk olaraq icraçı direktor biologiya elmləri doktoru, dosent Elşad Əhmədov institutun 2022-ci ildəki elmi tədqiqat işlərinin mərhələləri haqqında ətraflı məruzə ilə çıxış edib. Daha sonra Təhsil şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru Gülbəniz Nadirova tərəfindən 2021-ci il üçün elmlər doktoru hazırlığı üzrə dissertanturaya qəbul olmuş dissertantların plan-proqramları təqdim edilib. İclasın sonunda gündəlikdə duran digər məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.