XƏBƏRLƏR
917 Arxiv

2021.12.16

AMEA Zoologiya İnstitunun YAP Yasamal rayonu “504-cü Məhəllə ərazi”si İlk Partiya Təşkilatının növbəti iclası keçirilib

AMEA Zoologiya İnstitutunun YAP Yasamal rayonu “504-cü Məhəllə ərazi”si İlk Partiya Təşkilatının növbəti iclası keçirilib. Tədbiri giriş sözü ilə açan Zoologiya İnstitutunun direktor vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov tədbir iştirakçılarını gündəlikdə olan məsələlərlə tanış edib. 

Daha sonra, YAP Yasamal rayon ərazi təşkilatının sədri Bəxtiyar Nəbiyev YAP-ın yaranması və fəaliyyəti haqqında çıxış edib.
Bundan başqa iclasda “504-cü Məhəllə ərazi”si İlk Partiya Təşkilatının illik hesabatı dinlənilib. Aparılan müzakirələrdən sonra təşkilatın sədri Hafiz Muxtarov, sədr müavini isə Rəhimə Ağayeva təyin olunub. YAP sıralarına daxil olmaq üçün ərizə ilə müraciət edən 8 nəfər - İsmayılova Əfsanə, İsayeva Səriyyə, Qasımov Əbil, Bağırova Leyla, Əliyeva Aytən, Əliyev Anar, Kazımova Sevda isə YAP-a üzvlüyə qəbul olunub.