XƏBƏRLƏR
993 Arxiv

2021.12.02

AMEA Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Zooloji seksiyanın növbəti iclası keçirilib

02 dekabr 2021-ci il  tarixində,  AMEA Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Zooloji seksiyanın zoom  platforması üzərindən   növbəti onlayn iclası baş tutub. İclası giriş sözü ilə açan Zooloji  seksiyanın sədri, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov tədbir iştirakçılarını gündəlikdə olan məsələlərlə tanış edib.  

Müzakirələrdə  institutun direktor  vəzifəsini  icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov, icraçı  direktor, biologiya elmləri doktoru, dosent Elşad Əhmədov, AMEA-nın müxbir  üzvü professor  İlham Ələkbərov, biologiya  elmləri  doktorları, professorlar - Şaiq İbrahimov və Hökumə Quliyeva, biologiya  elmləri  doktorları - Q.Quliyev, Q. Fətəliyev, G. Mustafayeva, Y.Mahmudova və  başqaları iştirak ediblər.

İclasda Zooloji seksiyaya təqdim edilmiş 3 fəlsəfə doktorluğu dissertasiya mövzuları müzakirə olunub. Sonda bəzi mövzuların adlarının qismən dəyişilməsi tövsiyə olunub.