XƏBƏRLƏR
1187 Arxiv

2021.11.08

Zoologiya İnstitutunun əməkdaşı Zəfər Günü münasibətilə fəxri fərmanla təltif edilib

5 noyabr 2021- ci il tarixində AMEA-nın Əsas binasında Zəfər Gününə həsr edilmiş və Azad Həmkarlar İttifaqının (AHİ) 2021-ci ilin yekunlarına dair hesabat toplantısı keçirilib.

Tədbirdə şəhid ailələri, qazilər, I və II Qarabağ savaş iştirakçıları, AMEA-nın İnstitut və təşkilatlarının həmkarlar komitəsi sədrləri, o cümlədən, Zoologiya İnstitutunun Azad Həmkarlar İttifaqının sədri vəzifəsini icra edən Əliyeva Mənsurə də iştirak edib.

Zoologiya İnstitutunun mühəndisi Kamran Şəfiyevə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində iştirak etdiyinə, aparılan döyüş əməliyyatlarını uğurla başa vurduğuna görə fəxri fərman təqdim edilib.

Qeyd edək ki, Kamran Şəfiyev Azərbaycan Ordusunun Ali Baş Komandanı, cənab İlham Əliyevin 18 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçularını təltif etdiyi “Cəsur döyüşçü” və “Cəbrayılın azad olunmasına görə” medallara da sahibdir.