XƏBƏRLƏR
1049 Arxiv

2021.11.01

AMEA Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Zooloji seksiyanın növbəti iclası keçirilib

29 oktyabr  2021-ci il  tarixində  AMEA Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi  Şurasının  Biologiya Problemləri üzrə  Zooloji seksiyanın növbəti iclası  keçirilib. İclası  Zooloji  seksiyanın sədri, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov açaraq gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verib. Daha sonra iclasda Zooloji seksiyaya təqdim edilmiş 3 elmlər və 7 fəlsəfə doktorluğu dissertasiya mövzuları müzakirə olunub.

Müzakirələrdə  institutun direktor  vəzifəsini  icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov, elmi işlər üzrə  direktor  müavini  biologiya elmləri doktoru, dosent Elşad Əhmədov, AMEA-nın müxbir  üzvü professor  İ. Ələkbərov, b.e.d., professor  Ş.İbrahimov, biologiya  elmləri  doktorları - Q.Quliyev, G. Mustafayeva, Q.Fətəliyev, C.Nəcəfov  və  başqaları iştirak ediblər.

Geniş  müzakirələrdən  sonra 1 mövzunun əvvəlki adı saxlanılmaqla, 7 mövzunun  adında  qismən dəyişiklik edilib, 1 mövzunun adı  isə  Zooloji  seksiyaya  uyğun olmadığı üçün müzakirə olunmayıb. Eyni zamanda fəlsəfə doktoru hazırlığı üzrə 1 mövzunun adı mübahisə doğurduğu üçün yenidən işlənməsi tövsiyə olunub.