XƏBƏRLƏR
1020 Arxiv

2021.10.29

Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Oktyabrın 29-da AMEA-nın Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. Karantin rejiminin qaydalarına uyğun olaraq keçirilən iclasda institutun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov gündəlikdə duran məsələlər barədə şura üzvlərini məlumatlandırıb. İclasda 2021-ci il üçün illik hesabatların vaxtının müəyyənləşdirilməsi, biologiya üzrə fəlsəfə doktoru İlhamə Kərimovanın doktorluq dissertasiya işinin elmi məsləhətçisinin dəyişdirilməsi və digər kadr məsələləri müzakirə edilib, müəyyən qərarlar qəbul olunub.