XƏBƏRLƏR
1137 Arxiv

2021.10.12

Zoologiya İnstitutu əməkdaşları ekspedisiyada olublar

AMEA Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçiləri, b.ü.f.d. Süleyman Süleymanov və Saleh  Əliyev Azərbaycanda nadir və azsaylı hidrobiontların müasir vəziyyətinin öyrənilməsi məqsədilə 27.09-01.10.2021-ci il tarixlərində  Lənkəran  Təbii Vilayətinin su hövzələrində və Xəzərin Qızılağac akvatoriyasında ekspedisiyada olublar. Ekspedisiya zamanı alimlər Qızılağac akvatoriyasından və Lənkərançaydan  elmi-tədqiqat planına uyğun olaraq zoobentosa aid kəmiyyət və keyfiyyət nümunələri, ixtiofaunaya aid materiallar toplayaraq, tədqiq etmək  üçün laboratoriyaya gətiriblər.