XƏBƏRLƏR
206 Arxiv

2021.09.27

AMEA Zoologiya İnstitutunun əməkdaşı təkmilləşdirmə kursunda iştirak edib

AMEA Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının əməkdaşı İsmayılzadə İntizar Azərbaycan Dövlət Aqrar Universitetində “Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində "Balıqçılıq və balıqçılıq təsərrüfatı işi" üzrə ödənişsiz təkmilləşdirmə kursunda iştirak edib.

Təlim yekunlaşdıqdan sonra universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov kurslarda iştirak edən dinləyiciləri təbrik edərək, layihə çərçivəsində əldə etdikləri biliklərin gələcək iş fəaliyyətlərində mühüm rol oynayacağını bildirib.

İştirakçılar keçirilən dərslərin səmərəliliyi və praktiki dərslərin əhəmiyyətini vurğulayaraq, gələcəkdə də ödənişsiz təkmilləşdirmə kurslarının davam etməsi üçün fikir və təkliflərini səsləndiriblər.

Tədbirin sonunda ödənişsiz təkmilləşdirmə kurslarının iştirakçılarına müvafiq ixtisaslar üzrə sertifikatlar təqdim olunub.