XƏBƏRLƏR
126 Arxiv

2021.09.23

Zoologiya İnstitutu əməkdaşı beynəlxalq onlayn konfransda iştirak edib

AMEA Zoologiya İnstitutu Quru Onurğalılar laboratoriyasının elmi işçisi Elşad Əsgərov 20-25 sentyabr 2021-ci il tarixlərində Nalçik şəhərində baş tutan Rusiya EA A.K. Tembotov adına Dağlıq Ərazilərin Ekologiyası İnstitutunun təşkil etdiyi "Dağ ekosistemləri və onların komponentləri" beynəlxalq iştiraklı VIII ümumrusiya konfransının Proqram komitəsinə üzv seçilib və konfranda 3 mövzu ilə çıxış edib. Şərqi Zaqafqaziyada ceyranların (Artiodactyla, Bovidae) öyrənilmə dərəcəsi, Amerika yenotu Qafqazda: müasir arealı və populyasiyanın inkişaf trendləri və Xərə Zirə adasının ceyranları adlı mövzuları iştirakçılar tərəfindən maraqla qarşılanıb və məruzəçi ünvanlanan bir sıra sualları cavablayıb.