XƏBƏRLƏR
1102 Arxiv

2021.09.13

Zoologiya İnstitutu əməkdaşı onlayn beynəlxalq konqresdə iştirak edib

2021-ci il, 10-12 sentyabr tarixlərində Türkiyənin Atatürk universitetində  Təbiət Elmlərinin 1-ci Beynəlxalq Konqresi keçirilib. Konqresə AMEA Zoologiya İnstitutu, Quru onurğalıları laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent Təvəkkül İsgəndərov da dəvət edilib. O, sentyabr ayının 10 –da  konqresdə  “AZƏRBAYCANDA ÇÖL GÜRZƏLƏRİNİN (SERPENTES: VIPERIDAE: VIPERA) NÖV MÜXTƏLİFLİYİ VƏ YAYILMASI”  mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda yayılmış çöl gürzə növləri, onların taksonomiyası və yayılması, müasir arealı barədə  ətraflı məlumat verilib.