XƏBƏRLƏR
1173 Arxiv

2021.09.06

Zoologiya İnstitutunun əməkdaşı Xəzər dənizinin Azərbaycan sektorunda ekspedisiyada olub

AMEA  Zoologiya İnstitutu Hidrobiologiya laboratoriyasının aparıcı elmi  işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Süleyman Süleymanov 2021-ci il 16 -25 iyul və 07-10 avqust tarixlərində  Xəzərin Azərbaycan sektorunda nərə cinsli və digər növdən olan  balıqların növ tərkibi və  ehtiyatlarının  vəziyyətinin öyrənilməsi, eləcə də Xəzər dənizində mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi üçün  zəruri məlumatların  əldə edilməsi məqsədilə Azərbaycan Respublikasının  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi ilə təşkil etdiyi Kompleks Ekoloji Monitorinq Ekspedisiyasında  iştirak edib.

Ekspedisiya zamanı 11 kəsimdən ibarət olan 55 stansiyadan ixtioloji nümunələr toplanıb.

Qeyd etmək lazımdır ki, Cənubi Xəzərdə güclü eutrofikasiya hadisəsinə rast gəlinib.  İlk dəfə olaraq monitorinq işi zamanı Qızılağac akvatoriyasında Beroe ovata daraqlısına rast gəlinib.