XƏBƏRLƏR
1487 Arxiv

2021.07.29

Zooloq alim “Heydər zirvəsi” medalı ilə təltif edilib

Amea Zoologiya İnstitutu Tətbiqi Zoologiya Mərkəzinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Barat Əhmədov “Qafqaz-Media” İctimai Birliyinin təsis etdiyi “Heydər Zirvəsi” medalına layiq görülüb.

Medal alimə birliyin sədr müavini Sahilə Abdullayeva tərəfindən təqdim edilib.

Qeyd edək ki, respublikada entomologiya sahəsində tanınmış alimin apardığı bioekoloji və fizioloji tədqiqatlarının nəticələri 80-dən artıq elmi əsərlərdə öz əksini tapıb ki, bunların da əksəriyyəti Moskva, Leninqrad, Kiyev, Saratov, Tbilisi şəhərlərində, Almaniya, Türkiyə, Hindistan və s. ölkələrdə çap olunub.