XƏBƏRLƏR
1318 Arxiv

2021.06.09

Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları ekspedisiyada olublar

AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşları - biologiya üzrə fəlsəfə doktoru İradə Mustafayeva və Zinyət Şahverdiyeva 17-21 may tarixlərində Neftçala rayonunun pambıq sahələrində, biologiya üzrə fəlsəfə doktoru İlhamə Səfərova, Səliqə Qazi və Güntəkin Rzayeva isə 24-28 may tarixlərində  Ağsu rayonunun müxtəlif aqrosenozlarında ekspedisiyada olublar. Ekspedisiya zamanı tədqiqatçılar mövzulara uyğun olaraq müşahidələr aparıb, laboratoriya təcrübələri üçün materiallar toplayıblar.

 Əməkdaşlar, həmçinin təsərrüfatçıları maraqlandıran sualları cavablandırıb, onlara tövsiyyələr veriblər.