XƏBƏRLƏR
1426 Arxiv

2021.06.02

AMEA Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Zooloji seksiyanın növbəti iclası keçirilib

02 iyun 2021-ci il tarixində AMEA Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Zooloji seksiyanın növbəti iclası keçirilib. İclası Zooloji seksiyanın sədri, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov açaraq gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verib. Daha sonra iclasda Zooloji seksiyaya təqdim edilmiş 6 elmlər və 5 fəlsəfə doktorluğu dissertasiya mövzuları müzakirə olunub.

Müzakirələrdə institutun direktor vəzifəsini icra edən, a.e.ü.f.d. Ə. Eyvazov, elmi işlər üzrə direktor müavini b.e.d. E. Əhmədov, AMEA-nın müxbir üzvü İ. Ələkbərov, b.e.d., professor Ş.İbrahimov, biologiya elmləri doktorları - Q.Quliyev, A.Manafov, Q.Fətəliyev və başqaları iştirak ediblər.

Geniş müzakirələrdən sonra 1 mövzunun əvvəlki adı saxlanılmaqla, 9 mövzunun adında qismən dəyişiklik edilib. Eyni zamanda fəlsəfə doktoru hazırlığı üzrə 1 mövzunun adı mübahisə doğurduğu üçün yenidən işlənməsi tövsiyə olunub.