XƏBƏRLƏR
731 Arxiv

2021.06.04

Zoologiya İnstitutu əməkdaşının məqaləsi xarici jurnalda dərc edilib

AMEA Zoologiya İnstitutu Quru onurğalılar laboratoriyasının elmi işçisi Elşad Əsgərovun həmmüəllifi olduğu "Reducing persecution is more effective for restoring large carnivores than restoring their prey" adlı məqaləsi impakt faktorlu “Ecological Applications” jurnalında dərc olunub. Məqalə Qafqazda nadir və nəsli təhlükədə olan iri yırtıcı məməlilərin sayının artırılması modellərinin müzakirəsini ehtiva edir. Modellər heyvanların ovlanmasının qarşısını almaq və yem bazasını artırmaq şərti ilə Qafqaz regionu və Şimali İranı əhatə edən ərazidə (737 000 kv km) növbəti yüz il müddətində bəbir populyasiyasını bərpa edərək 1000 (bir min) fərdin yaşamasına nail olmağın mümkünlüyünü göstərir.

Qeyd edək ki, Elşad Əsgərov pandemiya dövründə 3 kitab, 11 məqalənin həmmüəllifi olub, daha 3 məqaləni isə çapa təqdim edib. Bu əsərlərin yalnız biri Azərbaycanda, qalanı isə xaricdə yüksək reytinqli jurnallarda dərc olunub.

 Məqaləyə buradan keçid edə bilərsiz.