XƏBƏRLƏR
1264 Arxiv

2021.05.25

Zoologiya İnstitutunun magistrantının ilkin müdafiəsi keçirilib

24 may 2021-ci il tarixində Zoologiya İnstitutununda “Onurğalılar zoologiyası” ixtisası üzrə təhsil alan II kurs magistrantı Vəliyeva Nigar Yolçu qızının “Abşeron Milli Parkının məməli heyvanlarının ekoloji xüsusiyyətləri” mövzusunda dissertasiyasının ilkin müdafiəsi keçirilib.

Qeyd edək ki, sözügedən tədqiqat işinin elmi rəhbəri biologiya üzrə fəlsəfə doktoru N.Ə. Həsənovdur.

Mövzu üzrə məruzə edən Nigar Vəliyeva Abşeron Milli Parkının  teriofaunasının növ tərkibi, aşkar olunan növlərin ekoloji xüsusiyyətləri haqqında məlumat verib və bildirib ki, burada 7 dəstəyə aid 26 məməli növ aşkar olunub.  

İclasın sonunda komissiya üzvlərinin müsbət rəyinə əsasən N.Vəliyevanın “Onurğalılar zoologiyası” ixtisası üzrə magistrlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin Müdafiə Şurasına müdafiə üçün təqdim olunması tövsiyə edilib.