XƏBƏRLƏR
1282 Arxiv

2021.05.21

Zoologiya İnstitutu əməkdaşları sertifikatlarla təltif olunublar

20-21 may tarixlərində Qarabağın təbiətinə, ekoloji durumuna, fauna və florasına həsr edilmiş  “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bugünü və gələcəyi” mövzusunda konfrans təşkil edilib. AMEA-nın institutları, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin elmi müəssisələri, Azərbaycan Respublikası Energetika Nazirliyi, Bakı Dövlət, Azərbaycan Dövlət Pedaqoji, Azərbaycan Texniki, Gəncə Dövlət, Azərbaycan Tibb universitetləri və başqa müəssisələrin iştirakı ilə keçirilən konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev iştirakçıları salamladıqdan sonra  məruzəçilərə uğurlar arzu edib. Öncə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz tərəfindən düşmən tapdağından azad olunan Qarabağ torpaqlarının necə öz həqiqi sahiblərinə qaytarılmasından bəhs edilib. Sonra söz məruzələrlə çıxış etmək üçün çıxışçılara verilib.

Tədbirdə Zoologiya İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov, əməkdaşlar - biologiya elmləri doktorları Elşad Əhmədov, Qara Fətəliyev, Qiyas Quliyev, Asif Manafov, biologiya üzrə fəlsəfə doktorları Tahir Kərimov, İradə Nuriyeva, həmçinin Elşad Əsgərov və Nicat Həsənov mövzu ətrafında geniş məruzələrlə çıxış edib, sertifikatlarla təltif olunublar.