XƏBƏRLƏR
3558 Arxiv

2016.09.22

Zoologiya İnstitutunda Mülki müdafiə (MM) tədbirlərini yerinə yetirərkən əsaslı qərarlar qəbul edildi

22 sentyabr 2016-cı il tarixdə AMEA Zoologiya institutunda «Rəhbər heyətin mülki müdafiə məşqi» keçirilmişdir. Məşqə fövqəladə komissiyanın üzvləri və MM-ə idarəetmə orqanlarının vəzifəli şəxsləri cəlb edilmişdir. Məşqə səhər saat 10.00-da başlayıb, 12.00-da başa çatdırılmışdır. Verilmiş «Mülki Müdafiə siqnalı» əsasında Rəhbər və komandir-rəis heyəti mülki müdafiə rəhbərinin otağına toplaşaraq yaranmış fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında tabeçilikdə olan işçilərə MM-ə tədbirlərini yerinə yetirərkən əsaslı qərarlar, qəbul edərək düzgün rəhbərlik etmək tapşırığı verilmişdir.

Məşqdə əsas məqsəd ekstrimal vəziyyət təhlükəsi olduqda və fövqəladə hadisə baş verdikdə, institutun MM-ə planına uyğun olaraq Rəhbər heyətin məşqinin keçirildiyi zaman, Mülki müdafiənin idarəetmə hazırlığının yoxlanılması olmuşdur. Mülki müdafiə tədbirləri keçirildiyi zaman davamlı idarəetmənin təşkili və təminatı üçün, Rəhbər heyəti əsaslı qərarlar qəbul etmiş, tabelikdə olan işçilər MM-ə tədbirlərini yerinə yetirərkən onlara rəhbərlik etmək təcrübəsini artırmışlar. «Rəhbər heyətin keçirtdiyi mülki müdafiə məşqi» Nazirlər Kabinetinin 25 sentyabr 193 saylı qərarından irəli gələn müddaaları əsas tutmuş və nəticə etibarilə təhlil edilərək yaxşı qiymətləndirilmişdir. Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafıə orqan və qüvvələrinin idarə edilməsi  həmçinin məşqin mövzu və məqsədi haqqında institutun Mülki müdafiə qərargah rəisi  Mürvət Bəyalıyev məlumat verdi. Eləcə də bu məsələlərə diqqətin cəlb edilməsi baxımından məşqin əhəmiyyət kəsb etdiyini, İnstitutun  elmi işlər üzrə direktor müavini, professor Zəkəriyyə Məmmədov, ümumi işlər üzrə direktor müavini Ərşad Cəlilov, b.ü.f.d. Ənvər Cəlilov, b.ü.f.d SüleymanSüleymanov, b.ü.f.d NamiqMustafayev də fikirlərini məşq iştirakçıları ilə bölüşdü.

Sonda mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.