XƏBƏRLƏR
1348 Arxiv

2021.04.29

Zoologiya İnstitutunda dissertasiya işinin müzakirəsi keçirilib

Aprelin 29-da AMEA-nın Zoologiya İnstitutunda AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun aparıcı elmi işçisi b.ü.f.d., dosent Arzu Fərman oğlu Məmmədovun biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Naxçıvan Muxtar Respublikasında azsaylı quru onurğalı heyvanların faunası və ekologiyası” adlı dissertasiya işinin müzakirəsi keçirilib. Elmi məsləhətçisi AMEA-nın müxbir üzü, professor İlham Ələkbərov, rəyçilər – biologiya elmləri doktoru, akademik Eldar Rüstəmov, biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, biologiya elmləri doktoru Rauf Hacıyevdir.
Dissertasiya işi haqqında ətraflı məlumat verən Arzu Məmmədov Naxçıvan Muxtar Respublikası ərazisində azsaylı quru onurğalıları faunasının növ tərkibi, onların yayılma qanunauyğunluqları, sayı, statusları, indikatorluq dərəcəsi, monitorinqi üçün istifadə perspektivliyi və s. haqqında məruzə ilə çıxış edib. O, 3 reptili növü, 23 quş növü və bir yarımnövünün ilk dəfə muxtar respublika ərazisində qeydə alındığını, onlardan bir reptili, 4 quş növü və 1 yarımnövünün Azərbaycan faunası üçün yeni olduğunu vurğulayıb.
Tədqqat işinin nəticələri əsasında bir çox yerli və xarici jurnallarda ümumilikdə 46 elmi əsər çap edilmişdir. Bunlardan 17 elmi iş xarici nüfuzlu jurnallarda dərc olunmuşdur.
İclasın sonunda seminar üzvlərinin açıq səsverməsi nəticəsində Arzu Məmmədovun 2401.01-“Zoologiya” ixtisasında biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin dissertasiya şurasına müdafiə üçün təqdim olunması qəbul edilib.