XƏBƏRLƏR
1441 Arxiv

2021.04.29

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının növbəti onlayn iclası keçirilib

29 aprel 2021-ci il tarixində AMEA Zoologiya İnstitutunda "Zoom" platforması üzərindən Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan Gənc Alim və Mütəxəssislər Şurasının sədri, e.i. Leyla Həsənova iştirakçılara Şuranın yeni tərkibi barədə məlumat verərək üzvlər ilə tanış olub. Daha sonra, sədr müavini, k.e.i. Nigar Mehdiyeva və katib, böyük laborant Xatirə Qəhrəmanlı gəncləri Şuranın inkişafında aktiv iştirak etməyə dəvət ediblər.

İclasda gələcəkdə görüləcək işlər haqqında Şura üzvlərinin təklifləri dinlənilib. Gənc alimlərin fəaliyyətini daha da aktiv təbliğ etmək məqsədilə “Zoologiya İnstitutu Gənc Alim və Mütəxəssislər” “facebook” səhifəsinin yaradılmasına qərar verilib.