XƏBƏRLƏR
1538 Arxiv

2021.04.20

Zoologiya İnstitutunda doktorant və dissertantların attestasiyası keçirilib

Aprelin 20-də AMEA-nın Zoologiya İnstitutunda doktorant və dissertantların növbəti il üçün attestasiyası keçirilib. Müxtəlif istiqamətlər üzrə mövzulara dair iştirak edən doktorant və dissertantlar tədqiqat ili ərzində yerinə yetirdikləri elmi-tədqiqat işləri haqqında hesabat veriblər. Onlar fərdi iş planlarında nəzərdə tutulmuş işlər, konfrans və ekspedisiyalarda iştiraklar, çap olunmuş məqalələr haqqında ətraflı məlumat verib, verilən sualları cavablandırıblar.

Sonda attestasiya komissiyasının üzvləri doktorant və dissertantlara öz təklif və  tövsiyələrini bildiriblər.