XƏBƏRLƏR
1441 Arxiv

2021.04.15

Zoologiya İnstitutunun magistrantı onlayn açıq dərs keçirib

14 aprel  2021-ci il tarixində AMEA Zoologiya İnstitutunun  “Onurğalılar zoologiyası” ixtisası üzrə təhsil alan II kurs magistrantı Vəliyeva Nigar Yolcu qızının  “Amfibilər (suda-quruda yaşayanlar) sinfinin ümumi xarakteristikası” mövzusunda onlayn rejimdə açıq dərsi keçirilib.

Elmi-pedaqoji təcrübənin rəhbəri Bakı Dövlət Universitetinin  “Zoologiya və fiziologiya “ kafedrasının dosenti Əbülfəz Tağıyev və  Zoologiya İnstitutunun Təhsil şöbəsinin müdiri v.i.e., b.ü.f.d. Gülbəniz Nadirova açıq dərsdə iştirak ediblər.