XƏBƏRLƏR
1353 Arxiv

2021.04.13

Zoologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Aprelin 13-də AMEA-nın Zoologiya İnstitutunun Elmi Şurasının növbəti onlayn iclası keçirilib. Zoom platforması üzərindən onlayn formatda təşkil olunan iclası giriş sözləri ilə açan institutun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov gündəlikdə duran məsələlərlə şura üzvlərini yaxından tanış edib. İlk olaraq direktor institutun Tətbiqi Zoologiya Mərkəzinin baş elmi işçisi, biologiya elmləri doktoru, professor Şəfiqə Topçiyevanın 70 illik yubileyi münasibəti ilə alimi təbrik edərək ona uzun və sağlam ömür diləyib. Şəfiqə Topçiyeva uzun illər səmərəli elmi fəaliyyətlərinə görə institutun Fəxri Fərmanı ilə təltif edilib.

Sonra “İnstitutun elmi əsərləri” adlı jurnalın yenidən nəşr edilməsi, Azərbaycan faunası-Milli İnformasiya Sisteminin hazırlanması, kolleksiyanın inventarizasiyası, biologiya üzrə fəlsəfə doktoru, dosent Reyhan İbrahimovanın yeni monoqrafiyasının çapa təqdim olunması, 2020/2021-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya və doktoranturaya qəbul imtahanının nəticələri və gündəlikdə duran digər məsələlər müzakirə edilib, müəyyən qərarlar qəbul olunub.