XƏBƏRLƏR
1545 Arxiv

2021.04.02

Zoologiya İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib

02 aprel 2021-ci il tarixində AMEA Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının kiçik elmi işçisi Mehdiyeva Nigar Eldar qızı “Zoologiya-2401.01” ixtisasından fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı verib.

İmtahanda AMEA Rəyasət Heyətinin 04 noyabr 2015-ci il tarixli qərarı ilə doktorluq imtahanları üçün sayı 50 olmaqla təsdiq edilmiş test sualları təqdim edilib.

Sonda imtahan komissiyası namizədin imtahan nəticəsini 84 balla (əla) qiymətləndirib.