XƏBƏRLƏR
1394 Arxiv

2021.03.17

Zoologiya İnstitutunda Gənc Alimlər və Mütəxəssislər Şurasının onlayn iclası keçirilib

17 mart 2021-ci il tarixində AMEA Zoologiya İnstitutunda "Zoom" platforması üzərindən Gənc Alimlər və Mütəxəssislər Şurasının iclası keçirilib.

İclası giriş sözü ilə açan institutun direktor v.i.e., aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. İclasın gündəliyinə müvafiq olaraq Gənc Alimlər və Mütəxəssislər Şurasının yeni tərkibinin formalaşdırılması barədə müzakirələr aparılıb. Şuraya səs vermə yolu ilə yeni sədr, sədr müavini və katib təyin olunub. Yeni sədr elmi işçi Leyla Həsənova, sədr müavini kiçik elmi işçi Nigar Mehdiyeva və katib böyük laborant Xatirə Qəhrəmanlı onlara göstərilən etimadı doğruldacaqlarını bildiriblər. Sonda Ələddin Eyvazov, elmi işlər üzrə direktor müavini b.e.d. Elşad Əhmədov, elmi katib b.ü.f.d. Sara Əliyeva və b.ü.f.d. Səbinə Bünyatova şuranın yeni tərkibindəki bütün üzvlərə, elecə də, şuranın yeni idarə heyətinə fəaliyyətlərində uğurlar arzulayıblar.