XƏBƏRLƏR
1538 Arxiv

2021.03.05

İkitərəfli əməkdaşlıq üçün görüş keçirilib

04 mart 2021-ci il tarixində AMEA-nın Zoologiya İnstitutunun direktor v.i.e., aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazovun rəhbərliyi ilə institutun bir qrup alimləri akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda qonaq olublar. Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktor, professor Ulduz Həşimovayla  görüşdə gələcəkdə birgə çoxsaylı multidistiplinar layihələrin həyata keçirilməsi barəsində fikir mübadiləsi aparılıb.  

Daha sonra qonaqlar Fiziologiya İnstitutunda aparılan elmi-tədqiqat işləri ilə tanış olublar.