XƏBƏRLƏR
113 Arxiv

2021.02.16

Zoologiya İnstitutunda magistrantların attestasiyası keçirilib

16 fevral 2021-ci il tarixində AMEA Zoologiya İnstitutunda imtahan sessiyasını uğurla başa vurmuş "Onurğalılar Zoologiyası" ixtisası üzrə təhsil alan II kurs magistrantı Nigar Vəliyevanın attestasiyası aparılıb.

Attestasiya institutun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazovun sədrliyi ilə baş tutub. Attestasiya zamanı magistrant qış imtahan sessiyasının nəticələri, fərdi iş planlarında nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti, dərc olunan məqalələrin sayı, elmi konfranslarda iştirakı barədə məlumat verib.

Attestasiya Komissiyasının qərarı ilə magistrant Nigar Vəliyeva attestasiyadan uğurla keçib.