XƏBƏRLƏR
4424 Arxiv

2021.02.04

Zoologiya İnstitutunun kollektivinə ağır itki üz verib

AMEA Zoologiya İnstitutunun Müki Müdafiə qərargah rəisi Eldar Bayramov vəfat edib.

Bayramov Eldar Hacalı oğlu 14 iyul 1960-cı ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Saraçlı kəndində doğulub. 1977-ci ildə Saraçlı kənd orta məktəbini bitirib. 1978-1983-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb. Təshilini tamamladıqdan sonra E.Bayramov 1983-1989-cu illərdə SPNU “ASU Qazmetrologiya” idarəsində mühəndis vəzifəsində, daha sonra isə P.Montin adına Neft mədənləri üçün maşınqayırma zavodunda mühəndis-metroloq vəzifəsində çalışıb. O, müxtəlif illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində aparıcı proqramçı, Azərbaycan Respublikasının Əmanət Bankında isə aparıcı mütəxəssis olaraq fəaliyət göstərib. 1993-2012-ci illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyində həqiqi hərbi xidmət göstərən E. Bayramov 2012-ci ildən etibarən ehtiyatda olan polkovnik-leytenant kimi təqaüdə çıxıb. 2017-ci ildən AMEA Zoologiya İnstitutunda Müki Müdafiə qərargah rəisi olaraq çalışıb.

Xeyirxah və alicənab insan Eldar Bayramovun əziz xatirəsi onu tanıyanların qəlbində daima yaşayacaq.

Allah rəhmət eləsin!