2021.01.22
Zoologiya İnstitutunun Elmi Şurasının cari il üçün ilk onlayn iclası keçirilib
22 yanvar 2021-ci il tarixində AMEA Zoologiya İnstitutunun Elmi Şurasının cari ildə ilk iclası keçirilib. Zoom platforması üzərindən onlayn formatda təşkil olunan iclası giriş sözləri ilə açan institutun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov gündəlikdə duran məsələlərlə şura üzvlərini tanış edib. İlk növbədə Elmi Şuranın 2021-ci il üzrə planının təsdiqi barəsində ətraflı müzakirələr aparılıb. Protozoologiya laboratoriyasının elmi işçisi, b.ü.f.d. Türkan Qurbanovanın Çexiya Respublikasına 1 illik ezam olunması haqqındakı məruzəsi dinlənilib. Ümumi işlər üzrə direktor müavini Kəmalə Rasimli institutda aparılan təmir işləri barədə geniş məlumat verib. İclasda 2020/2021-ci tədris illəri üçün fəlsəfə və elmlər doktoru proqramı üzrə dissertantura mövzuları, əməkdaşların məqalələrinin çapa təqdim edilməsi və digər təşkilati məsələlərə baxılıb.