XƏBƏRLƏR
1539 Arxiv

2021.01.11

Zoologiya İnstitutunda magistrantın qış imtahan sessiyasının növbəti imtahanı keçirilib

AMEA Zoologiya İnstitutunun magistrantı Nigar Vəliyevanın qış imtahan sesiyasının növbəti imtahanı baş tutub. "Zoom" platforması üzərindən təşkil olunan imtahan "Onurğalı heyvanların etologiyası" fənni üzrə keçirilib. İmtahanın təşkilində fənni tədris edən müəllimə, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova, Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru İradə Nuriyeva və baş mütəxəssis Venera Məmmədova iştirak ediblər. AMEA  Elm və Təhsil idarəsinin magistratura şöbəsinin müdir müavini Ramin Həsənov isə imtahanın gedişatına nəzarət edib. Magistrant Nigar Vəliyeva imtahan suallarını və verilən əlavə sualları hərtərəfli cavablandıraraq, imtahandan yüksək bal toplayıb.