XƏBƏRLƏR
1551 Arxiv

2020.12.25

Zoologiya İnstitutunda "Yanğınla ilkin mübarizə" mövzusunda onlayn təlim-seminar keçirilib

25 dekabr 2020-ci il tarixində AMEA Zoologiya İnstitutunun texniki təhlükəsizlik üzrə mühəndisi Nurlan Məmmədovun "Yanğınla ilkin mübarizə" mövzusunda təlim-seminarı keçirilib. "Zoom" platforması üzərindən onlayn formatda təşkil olunan təlimdə məruzəçi yanğın və partlayışın həyat və ətraf mühitə böyük təhlükə yaratdığını, lakin bir çox hallarda yanma nəzəriyyəsi və yanğının yayılma üsullarının düzgün qiymətləndirilməsi ilə ziyanın minimuma endirilməsinin mümkünlüyünü vurğulayıb, mövzuya dair fotoslaydlar nümayiş etdirib. O, iş yerində yaranan təhlükələr, yanma nəzəriyyəsinin əsas prinsipləri,  yanğının təsnifatını, yanğın riskinin azaltmaq üçün görülməli əsas tədbirlər, düzgün yanğınsöndürən balonların seçilməsi, fövqəladə hallarda özünü necə aparmalı, yanğın təhlükəsizliyi vərdişlərinə necə əməl edilməli, hansı hallarda “112” qaynar xətlə əlaqə saxlanmalı olduğu və digər əsas məsələlərə toxunaraq təlim iştirakçılarını məlumatlandırıb. Sonra  yanğınsöndürən balonların düzgün istifadə qaydası əks olunan video çarx nümayiş etdirilib.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.