XƏBƏRLƏR
3269 Arxiv

2016.09.19

Rəyasət Heyətində növbəti büro iclası keçirilib

Sentyabrın 19-da AMEA Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) növbəti büro iclası keçirilib.

Bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov tədbiri giriş nitqi ilə açaraq gündəlikdəki məsələləri diqqətə çatdırıb.

Tədbirdə bir sıra kadr məsələlərinə baxılıb. B.ü.f.d. Sara Əliyeva AMEA-nın Zoologiya İnstitutunun elmi katibi, b.ü.f.d. Lalə Şirinova həmin institutun Təhsil, Şahzadə Mədətova isə İnformasiya və innovasiya şöbəsinin müdiri vəzifələrinə təsdiq ediliblər.

Təbrik edirik!