2020.11.25
Zoologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib
25 noyabr 2020-ci il tarixində AMEA Zoologiya İnstitutunun elmi şurasının növbəti onlayn iclası keçirilib. Zoom platforması üzərindən virtual formatda təşkil olunan iclası giriş sözü ilə açan institutun Elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Elşad Əhmədov gündəlikdə duran məsələlər barədə şura üzvlərini məlumatlandırdıqdan sonra söz illik və yekun hesabatların dinləniliməsi üçün əməkdaşlara verilib. Belə ki, Hidrobiologiya laboratoriyasının illik və yekun hesabatı, Gənc alim və mütəxəssislər şurasının, Zooloji muzeyin, Təhsil, Beynəlxalq əlaqələr və İctimaiyyətlə əlaqələr şöbələrinin illik hesabatları dinlənilib və müxtəlif digər məsələlər müzakirə edilib, müəyyən qərarlar qəbul olunub. Bununla da Elmi Şuranın növbəti iclası öz işini yekunlaşdırıb.