2020.11.24
Zoologiya İnstitutunun Elmi Şurasının növbəti onlayn iclası keçirilib
24 noyabr 2020-ci il tarixində AMEA Zoologiya İnstitutunun elmi şurasının növbəti onlayn iclası keçirilib. Zoom platforması üzərindən virtual formatda təşkil olunan iclası giriş sözü ilə açan institutun Elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru Elşad Əhmədov gündəlikdə duran məsələlər barədə şura üzvlərini məlumatlandırıb. Sonra Elmi şuranın tərkibində qismən dəyişiklik edilməsi, 2019/2020-ci tədris ilində qəbul olmuş doktorant və dissertantların plan-proqramları, bəzi doktorant və dissertantların elmi rəhbərlərinin dəyişdirilməsi, institutun magistri Nigar Vəliyevanın “Abşeron Milli Parkının məməlilər faunası” adlı tezisinin çapa təqdim olunması və digər məsələlər müzakirə edilib, müəyyən qərarlar qəbul olunub.
Sonra Tətbiqi Zoologiya Mərkəzinin, Quru onurğasızları, Quru onurğalıları və Paleozoologiya laboratoriyalarının illik və yekun hesabatları dinlənilib.