2020.11.16
Zoologiya İnstitutunun Elmi Şurasının növbəti onlayn iclası keçirilib
16 noyabr 2020-ci il tarixində AMEA Zoologiya İnstitutunun elmi şurasının növbəti onlayn iclası keçirilib. Zoom platforması üzərindən virtual formatda təşkil olunan iclası giriş sözü ilə açan institutun direktor vəzifəsini icra edən, biologiya elmləri doktoru Elşad Əhmədov gündəlikdə duran məsələlər barədə şura üzvlərini məlumatlandırıb. Sonra biologiya elmləri doktoru Yeganə Mahmudovanın “Azərbaycanın su-bataqlıq quşlarının trematodlarının faunistik, taksonomik və ekoloji təhlili, epizootoloji və epidemoloji qiymətləndirilməsi” adlı monoqrafiyasının çapa təqdim olunması, biologiya üzrə fəlsəfə doktoru İradə Nuriyevanın Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi, Quru onurğasızları laboratoriyasının müdiri vəsifəsinə biologiya elmləri doktoru Gülzar Mustafayevanın təyin olunması və digər məsələlər müzakirə edilib, müəyyən qərarlar qəbul olunub.
Sonra Protozoologiya və Parazitologiya laboratoriyalarının illik və yekun hesabatları dinlənilib.